Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinə sədr təyin etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
 İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinə sədr təyin etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinə sədr təyin edib.

 

Dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq, Qoşqar İlahi oğlu Təhməzli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilib.

 

Qeyd edək ki Qida Təhlükəsizlyi Agentliyi Azərbaycan Respublikasında qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədləri ilə yaradılıb.

 

Qida Təhlükəsizliyi Agentliyinin 2018-ci il yanvar ayının 1-dən etibrən fəaliyyətə başlaması nəzərdə tutulub.

25.12.2017 15:23

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ