Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ziya Bünyadovdan hava limanına hərəkət asanlaşacaq - Stadionun qarşısında yeni tunel

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ziya Bünyadovdan hava limanına hərəkət asanlaşacaq - Stadionun qarşısında yeni tunel

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin sifarişi ilə Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tuneli inşa olunur.


Bu barədə  sorğusuna cavab olaraq "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.

Reklam_3_11

 

Onun sözlərinə görə, məqsəd günün pik saatlarında "Koroğlu" metro stansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır:

 

"Ziya Bünyadov prospekti istiqamətindən gələn nəqliyyat vasitələri körpünün üzərinə qalxaraq oradan dövrə vurub, “Koroğlu” stansiyasının qarşısından hava limanı istiqamətində hərəkət edir. Bu da həmin ərazidə müəyyən sıxlığa səbəb olur. Məhz o sıxlığın aradan qaldırılması üçün nəqliyyat vasitələrinin “Koroğlu” stansiyasının qarşısına düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə keçidi üçün yeni avtomobil tuneli inşa olunur. Həmin avtomobil tunelinə keçid Ziya Bünyadov prospektindən sağa - Olimpiya kəndi istiqamətinə - dairədən dövrə vuraraq Ziya Bünyadov prospektinin altından keçib, Bakı Olimpiya Stadionunun arxasından hava limanı istiqamətinə hərəkət etməklə mümkün olacaq".

 

Qurum rəsmisi bildirib ki, tunelin ümumi uzunluğu 655 metrdir.

 

Tunelin tikintisinin nə vaxt başa çatacağına gəlincə, A.Nəcəfli vurğulayıb ki, işlərə yeni başlanılıb: "Tunelin tikintisinin gələn il ərzində yekunlaşması planlaşdırılır. İşlər açıq hava şəraitində aparıldığı üçün hava şəraiti ilə əlaqədar fasilələr yarana bilər. Buna baxmayaraq, işlərin gələn il ərzində yekunlaşdırılması nəzərdə tutulur".

26.12.2017 08:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ