Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İpoteka və Kredit Zəmanət Fondunun rəhbərliyi təyin olundu

iç səhifə xəbər başlığı altı (mobil)_31
 İpoteka və Kredit Zəmanət Fondunun rəhbərliyi təyin olundu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyev Fəxri Kazımovun Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Reklam_3_11

Sərəncamla Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilib.

 

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

 

Prezidentin digər sərəncamı ilə aşağıdakı şəxslər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvləri təyin ediliblər:

 

Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

İdris İsayev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.

 

Xəbər verdiyimiz kimi, bu gün "Azərbaycan İpoteka Fondu" ASC və "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" ASC birləşdirilib.

26.12.2017 10:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ