Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dövlət, İpoteka və Kredit Zəmanət Fondunun borclarına cavabdeh deyil

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət, İpoteka və Kredit Zəmanət Fondunun borclarına cavabdeh deyil
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi,  “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin birləşdirilməsi yolu ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu yaradılır.

 

"Marja" xəbər verir ki, Fond Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxsidir.

 

Azərbaycan İpoteka Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsi təsdiq edilib. 


Nizamnamədə qeyd olunur ki, Dövlət Fondun öhdəlikləri üçün cavabdeh deyildir və Fondun fəaliyyəti ilə bağlı zərərə görə nizamnamə kapitalındakı payı həddində risk daşıyır. Fond dövlətin öz üzərinə götürdüyü hər hansı öhdəliyə görə cavabdeh deyildir. 

26.12.2017 12:12

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ