Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Artıq vergi cənnəti deyil!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Artıq vergi cənnəti deyil!

Vergidən azad həyat tərzilə xarici iş adamları, işçilər və turistlər üçün uzun illərdir cazibə mərkəzi olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yeni tənzimləmələrə gedir.

 
"Marja" xəbər verir ki, iki ölkə gələn ildən etibarən xarici iş adamlarından 5% nisbətində əlavə dəyər vergisi (ƏDV) almağa hazırlaşır. Digər Körfəz ölkələrinin də anoloji addım atacağı gözlənilir.


 
31.5 milyon əhalisi olan Səudiyyə Ərəbistanı Krallığında ötən ilin göstəricilərinə görə 10.4 milyon insan "expat", yəni xarici işçi mövqeyindədir. Birləşmiş Ərəb Əmirliklərinin 9.5 milyon nəfərlik əhalisinin 7.5 milyonunu xarici işçilər təşkil edir. BƏƏ 88.5 faiz nisbətən Orta Şərq ölkələri arasında xarici işçilərin ən yüksək olduğu ölkədir. Qətər isə  85.7% ilə 2-ci yerdədir.


 
İki ölkənin 5 faiz ƏDV qərarındakı ən mühüm amillərdən biri kimi neft qiymətlərinin aşağı düşməsidir.

 

 İLLİK GƏLİR 150 MİN DOLLARIN ÜZƏRİNDƏDİR


 
İki ölkənin də ÜDM-i və buna bağlı olaraq adambaşına düşən milli gəliri iki ildir azalma göstərir. Səudiyyə Ərəbistanı və BƏƏ vətəndaşlarının illik ortalama gəliri 2014-ci ildə müvafiq olaraq 24 min 575 və 44 min 449 dollar səviyyəsində ikən, ötən il 20 min 28 və 37 min 622 dollara qədər düşüb.


 
"Gulf Business"in 2015-ci ildə hazırladığı hesabata görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində çalışan qərb ölkələrinə mənsub şəxslərin orta hesabla illik gəliri müvafiq olaraq 171 min və 150 min dollardır. Asiya və digər ölkələrə məxsus xarici işçilərin isə 25% daha az qazandığı qeyd edilir.


 
5 faiz ƏDV tətbiq ediləcəyi barədə xəbər sözügedən ölkələrdə yaşayanların bəziləri tərəfindən yaşayış xərcinin onsuz da çox yüksək olması səbəbindən narahatlıqla qarşılanıb.

27.12.2017 09:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ