Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AzKİL-in 3-cü mərhələsi başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
AzKİL-in 3-cü mərhələsi başlayır

Kənd Təsərrüfatı Nazirliyi Dünya Bankı ilə yeni başlayacaq layihəyə hazırlıq məqsədilə icmaları təşkilatın ekoloji və sosial idarəetmə prinsipləri ilə tanış edir.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti Dünya Bankı ilə birgə həyata keçirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) növbəti – 3-cü mərhələsinə hazırlıq məqsədilə regional təlimlərə başlayıb.

 

Təlimlər  dekabrın 25-dən başlayaraq yanvarın 6-dək İsmayıllı, Göygöl, Sabirabad, Bərdə, Masallı rayonlarında və Naxçıvanı əhatə edəcək.

 

Məqsəd AzKİL çərçivəsində sublayihələr seçərkən və təsdiqləyərkən Dünya Bankının sadiq qaldığı prinsiplərlə kənd icmalarını tanış etməkdir.

 

Azərbaycan Kənd İnvestisiya Layihəsində birbaşa ekoloji problemlərin həllinə yönəlmiş sublayihələr həyata keçirilməsi gözlənilməsə də, yolların, su xətlərinin çəkilməsi, icmalara məxsus müxtəlif obyektlərin təmiri və tikintisi, təsərrüfatların yaradılması və inkişafının dəstəklənməsi kimi layihələr reallaşdırılır və bu layihələrin ətraf mühitə təsiri mütləq nəzərə alınır. Layihənin “Ekoloji və Sosial İdarəetmə üzrə çərçivə sənədi” təklif edələn kiçik icma layihələrinin ekoloji qiymətləndirilməsinin aparılmasını, Azərbaycanda mövcud ekoloji-normativ aktlara uyğun olmasını, sosial və sosial-iqtisadi qiymətləndirmə, gəlir gətirən sahələrə diqqətin artırılmasını, ictimai iştirak, informasiya şəffaflığı kimi tələblərə malikdir. Uşaq əməyinin qadağan olunması, mədəni irsin, təbii mənzərələrin qorunması, tullantıların düzgün zərərsizləşdirilməsi, insan sağlamlığının, şəxsi mülkiyyətin qorunması  və bir çox başqa tələblər sənəddə yer alıb, qarşıya çıxacaq problemlərin həlli yolları göstərilib.

 

Azərbaycan Kənd İnvestisiya Layihəsi Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin icra etdiyi 3 iri beynəlxalq  layihədən biridir. İndiyədək layihə çərçivəsində 3,5 milyon kəndlinin faydalandığı 2000 sublayihə icra olunub.  Dövlət Xitmətinin icra etdiyi digər layihələr Dünya Bankı ilə icra olunan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi və İslam İnkişaf Bankı və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla (İFAD) icra olunan “Kənd Yerlərinin Kompleks İnkişafı” Layihəsidir.

27.12.2017 14:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ