Beynəlxalq Bank 20 illik ipotekanı dayandırdı - YENİLƏNİB
Azərbaycan Beynəlxalq Bankının (ABB) bir sıra tikinti şirkətləri vasitəsilə təqdim etdiyi 20 illik ipoteka kreditini dayandırdığı bildirilir.
"Marja"nın tikinti sektorundan əldə etdiyi məlumata görə, artıq Bank bir sıra layhələr üzrə mənzil satışını 20 illik ipotaka krediti ilə maliyyələşdirmir.
Qeyd edək ki, tikinti şirkətləri ABB vasitəsilə manatla ipoteka kreditni ilkin ödənişsiz (bəzi layihələrdə 10% ilkin ödəniş), illik 10%-lə, 20 il müddətinə təklif edirlər.
Məlumata görə, Bank əməkdaşlığı bəzi layihələr üzrə dayandırıb.
Bir neçə gün öncə ABB-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilmişdi.
"LAYİHƏLƏRİ YENİDƏN QİYMƏTLƏNDİRİRİK"
Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda sözügedən layihələrin gəlirliliyi baxımından yenidən qiymətləndirilməsi aparılır. Bank üçün daha sərfəli şərtlərlə bu layihələr üzrə ipoteka kreditləşməsi yenidən bərpa edilə bilər.
Qeyd edək ki, Beynəlxalq Bank Kristal Abşeron, Bakı Ağ Şəhər, Renessanse Palace, Yeni Həyat və digər tikinti şirkətləri ilə əməkdaşlıq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 14 saat əvvəl
-
15 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
15 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
15 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
16 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 16 saat əvvəl