Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Hər bir banka 1,5 milyon manatlıq “dəstək”!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hər bir banka 1,5 milyon manatlıq “dəstək”!

Bu gün iqtisadçı Samir Əliyev Facebook səhifəsində yazıb ki, Mərkəzi Bank depozit hərracları vasitəsilə bu il banklara 46,9 milyon manatlıq dəstək verib.

 

İqtisdaçı qeyd edib ki, 2017-ci ildə Mərkəzi Bank tərəfindən 60 depozit hərracı keçirilib. Hərracların nəticəsi olaraq il ərzində Mərkəzi Bank kommersiya banklarına təxminən 46,9 milyon manat faiz ödəyb. Bu, bankların 2017-ci ilin 10 ayı ərzində depozitlərə görə müştərilərə ödədikləri faizlərin 15%-i, müştərilərdən alınan kredit faizlərinin 4%-i qədərdir. Faiz dərəcələrinin aşağı həddi 10,1%, yuxarı həddi 14,87% olub. Müddəti isə 14 gün olub.

 

Mərkəzi Bankın 10 milyard manatlıq depozit təklifinə qarşı bankların tələbi ümumilikdə 25,2 milyard manat olub. Tələb təklifi orta hesabla 2,5 dəfə üstələyib. 60 hərracın cəmisi 5-də tələb təklifdən az olub. Bəzi hərraclarda tələb təklifi 3-4 dəfə üstələyib. Hətta avqust ayında tələb daha da artıb və üstələmə 6-7 dəfə olub.

 

Mərkəzi Bankın keçirtdiyi depozit hərracının əsas məqsədi döviyyədəki pul kütləsinin tənzimləmək, artıq pul kütləsinin valuta bazarına yönəldilməsinin qarşısını almaqdır. Elə buna görə də dövrü olaraq 400-900 milyon manat civarında vəsait Mərkəzi Bankın “sandığında” saxlanılıb. Hərracı digər məqsədi banklara dəstək verməkdir. Təsadüfi deyil ki, Mərkəzi Bank yola saldığımız ildə hər banka orta hesabla 1,5 milyon manatlıq “dəstək” verib. Banklar riskli kreditləşmədənsə, asan pul qazanmaq yolunu seçərək vəsaitləri depozit şəklində baş bankda yerləşdirməyə üstünlük veriblər.

 

Qeyd edək ki, depozit hərracı 2016-cı ilin ortasından keçirilməyə başlanıb. İlk hərrac iyunun 13-də təşkil edilib və ilin sonuna kimi 26 hərrac keçirilib.

 

Qeyd edək ki, faiz gəlirinin böyük hissəsi iri bankların kassalarına daxil olub.

28.12.2017 13:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ