Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Əcəmi”də bank filialı istirahət günlərində də işləyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Əcəmi”də bank filialı istirahət günlərində də işləyəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Müştərilərin rahatlığı üçün 27 dekabr 2017-ci il tarixindən bank VTB (Azərbaycan)-ın “Əcəmi” filialı istirahət günləri də fəaliyyət göstərir. Bu barədə "Marja"ya Bankdan bildirilib.

 

Eyni zamanda, filialın iş saatları da uzadılıb: indi filial həftə içi 09.00-dan 20.00-dək, istirahət günləri isə 10.00-dan 16.00-dək müştərilərin xidmətindədir. Filial həmçinin bütün bayram günlərində də çalışacaq.

 

“Əcəmi” filialında müştərilərə cari hesabdan vəsaitin verilməsi, təcili pul köçürmələrinin göndərilməsi/alınması, cari hesabların açılması, plastik kartın sifarişi/verilməsi, cari (kart), depozit hesabların artırılması kimi xidmətlər təklif olunacaq. Müştərilər filiala kredit ödənişləri, kredit sifarişlərin qəbul edilməsi və sənədləşdirilməsi, valyuta mübadiləsi, cərimə və kommunal ödənişlərin həyata keçirilməsi, ödəniş tapşırıqlarının, İnternet-bank və Mobil-banka qoşulmaq üçün ərizələrin qəbulu və s. xidmətlər üçün müraciət edə bilər.

 

“Əksər müştərilərin həftə ərzində iş saatlarında banka gəlmək imkanı yoxdur. Müştərilərimizin rahatlığını düşünərək, biz onlara bank məsələlərini işdən sonra həll etməyə imkan veririk. Yeni il ərəfəsində isə bu, müştərilərimiz üçün daha da rahat olacaq – onlar hər hansı təcili bank əməliyyatlarını həyata keçirmək üçün bayram günlərinin başa çatmasını gözləmək məcburiyyətində qalmayacaq”- deyə, bank VTB (Azərbaycan)-ın Şəbəkənin İnkişafı İdarəsinin rəisi Pərviz Rəsulov bildirib.

 

Bank VTB (Azərbaycan)-ın “Əcəmi” filialı Cavadxan küç. 30A, “Əcəmi” metrostansiyası yaxınlığında yerləşir.

28.12.2017 13:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ