Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda göz bankı yaradıla bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda göz bankı yaradıla bilər

Azərbaycanda göz qişalarının saxlanması üçün göz bankı yaradıla bilər.

Bu barədə məsələ Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tərəfindən qaldırılıb.

Reklam_3_11

Məsələyə münasibət bildirən Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, göz bankının yaradılması üçün bir neçə məsələlər öz həllini tapmalıdır:

“Göz qişası yalnız meyitdən götürülür. Azərbaycanda meyitdən göz qışası götürmək olar, amma “Transplantasiya haqqında” qanunun bu müddəasını reallaşdırmaq üçün beyin ölümünün kriteriyaları müəyən olunmalıdır. Səhiyyə Nazirliyi tərəfindən bu kriteriyalar müəyyənləşib və təsdiq üçün Nazirlər Kabinetinə göndərilib”.

M.Quliyev əlavə edib ki, eyni zamanda meyitdən orqan və toxumaların götürülməsi üçün müəyyən müvafiq klinikalar olmalıdır və bu iş həmin klinikalarda həyata keçirilməlidir: “Bu məsələlər reallaşdıqdan sonra Azərbaycanda göz bankının yaradılması mümkündür”.

Trend

23.01.2017 05:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ