Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Gədəbəydə yollar iş adamlarının hesabına da təmir edilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gədəbəydə yollar iş adamlarının hesabına da təmir edilir

Gədəbəydə yollar, piyada keçidləri, zolaqlar iş adamları tərəfindən tikilir.

 

"Marja" "Azərbaycan" qəzetinə istinadən xəbər verir ki, Gədəbəy şəhərində və Arıqıran kəndində iş adamlarının vəsaiti hesabına 9,2 kilometr yol genişləndirilərək təmir edilmişdir. 5 kənddə - Heydərli, Qaravəlilər, Kəlaman, Cəfərli və Miskinlidə 37,5 kilometrlik yolun təmiri, Plankənd, Dördlər, Arıqıran, Əmiraslanlı və Kiçik Qaramuradlıda aparılan geniş abadlıq işləri də yerli investorların vəsaitləri ilə həyata keçirilmişdir. Gədəbəy şəhərində isə 2 küçədə iş adamları tərəfindən piyada keçidləri tikilmişdir. Ümumiyyətlə, yerli və xarici iş adamları tərəfindən Gədəbəyin tikinti-abadlıq işlərinə 6 milyon 340 min, o cümlədən xarici investorlar tərəfindən 96 min manat investisiya sərf olunmuşdur. Bunlardan əlavə, 4 marşrut üzrə sərnişindaşımanı həyata keçirən sahibkar tərəfindən mövcud nəqliyyat vasitələri yenilənərək iritutumlu avtobuslarla əvəz edilmiş, bir yeni marşrut açılmışdır. Bütün bu işlərə 49,7 min manat investisiya xərclənmişdir.

29.12.2017 08:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ