Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Asiya İnkişaf Bankı “Dəmirbank”a verdiyi pulların taleyinə aydınlıq gətirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Asiya İnkişaf Bankı “Dəmirbank”a verdiyi pulların taleyinə aydınlıq gətirib

“Dəmirbank” ASC əməliyyatları dayandırdıqdan sonra Asiya İnkişaf Bankı (ADB) onun əsas kreditoru olaraq qalmaqda davam edir, amma Azərbaycan Bankın əsas prioriteti öz depozitorlarla işləmək olacaq”.

 

Bunu  ADB-nin mərkəzi ofisindən bildiriblər.

Qurum “Dəmirbank”a ayırdığı 20 mln. dollarlıq kreditə görə Azərbaycana xüsusi missiya göndərmək niyyətində deyil:

 

"2015-ci ildə ADB “Dəmirbank”a 20 mln. dollar məbləğində borc ayırıb. “Dəmirbank”ın maliyyələşməsi ADB-nin Azərbaycan banklarının maliyyələşməsi, iqtisadiyyatın neft və qazdan asılılığın azaldılmasına və ölkədə kiçik və orta həcmli müəssisələrin inkişafına dəstək çərçivəsində həyata keçirilib. Hazırda ADB-nin Azərbaycana hansısa xüsusi missiyası planlaşdırılmır. Lakin Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə rahat keçidi təmin etmək üçün ADB-in baş qərargahındakı əməkdaşları və Azərbaycandakı rezident missiyası vasitəsilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və “Dəmirbank”ın rəhbərliyi ilə birgə işləyəcəklər”.

 

ADB həmçinin ölkədə olan digər banklara da ayırdığı kreditlərlə bağlı məlumat verib:

 

“2006-cı ildən ADB ölkədəki maliyyə institutlarını dəstəkləmək üçün 8 kredit ayırıb və onların bəziləri geri qaytarılmayıb”.

 

Xatırladaq ki, dekabrın 22-də MBNP-nin Direktorlar Şurasının qərarı ilə “Dəmirbank”ın lisenziyası ləğv edilib.

 

© Report

29.12.2017 10:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ