Azərbaycanın yeni makaron markası bazara çıxır
Daim inkişaf edən və dəyişən “Delta Qrup C.O.” MMC hər keçən gün təkmilləşərək böyük təcrübə qabiliyyəti ilə qısa müddətdə çox böyük nailiyyətlər əldə etməkdə davam edir. Şirkət daima Azərbaycanda yerli istehsalın inkişafına dəstək vermək üçün çalışır. İstehsalata yeni texnologiyalar əlavə etməklə daha keyfiyyətli və daha uğurlu məhsullar yaratmağa nail olub.
Şirkət bu ilin sentyabr ayında öz portfelini genişləndirərək yeni ODAD brendinin makaronlarını bazara çıxarmışdır. Bu barədə "Marja"ya qrupdan bildirilib.
"Hal-hazırda Azərbaycanın ən böyük istehsalçılarından biri olan “Delta Qrup C.O.” MMC-nin yeni müvəffəqiyyətini sizə təqdim etmək istərdik. Belə ki , şirkət bu ilin sentyabr ayında öz portfelini genişləndirərək yeni ODAD brendinin makaronlarını bazara çıxarmışdır. ODAD brendi adı altında ilkin olaraq müxtəlif çeşidlərdə makaron istehsalı başlanılmışdır. Gələcəkdə isə bu brend adı altında dənli bitkilər,paxlalı bitkilər, un və s. məhsulların istehsalına da başlanılacaq . Məqsədimiz təkcə yerli bazar üçün yox həm də xarici ölkələrə ixrac edə biləcəyimiz məhsullar, markalar yaratmaqdır",- Şirkətin məlumatında deyilir.
Müasir bir dizayn ilə hazırlanan “ODAD” markası boyasız və əlavəsiz yumşaq şüşəvari buğda irmiyi və əla növ unundan hazırlanan çeşidli makaronlarını sizlərə təqdim edir.
Hal hazırda ODAD markası adı altında 500 qr və 5 kq olmaqla 9 müxtəlif çeşidli makaronlar istehsal edilir:
-ODAD Vermişel Makaron
-ODAD Burğu Makaron
-ODAD Qələmkəsmə Makaron
-ODAD Boruvari Makaron
-ODAD Balıqqulağı Makaron
-ODAD Çelentano Makaron
-ODAD Dəvəboynu Makaron
-ODAD Pipik Makaron
-ODAD Spagetti Makaron
"İnanırıq ki, yeni markamızın məhsulları dad və keyfiyyət olaraq ürəyinizcə olacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 d. əvvəl
- 7 d. əvvəl
-
12 d. əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
16 d. əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 20 d. əvvəl
- 27 d. əvvəl
-
40 d. əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb
-
44 d. əvvəl
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl