Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Ölkədə qeyri-sabit hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ölkədə qeyri-sabit hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova  açıqlamasında bildirib ki, hazırda ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti yanvarın 3-ü gündüz saatlarınadək davam edəcək: "Əvvəlcədən xəbər verildiyi kimi, yanvar ayının 1-i və 2-si ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Yağıntı bəzi yerlərdə intensiv xarakterli olub və yağan qar nəticəsində qar ötüyü əmələ gəlib. Belə hava şəraiti bu gün, yəni yanvarın 2-sində də gün ərzində davam edəcək. Lakin dekabrın üçü gündüz saatlarından artıq yağıntının tədricən kəsiləcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Hazırda şimal-qərb küləyi əsir, üçün gündüz saatlarından tədricən mülayimləşəcək və ayın 4-də mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq".

 

Mütəxəssis qeyd edib ki, yanvar ayının 3-ü gündüzdən başlayaraq ayın 4-ündə də ölkə ərazisində hava şəraitinin nisbətən sabit, gün ərzində isə əsasən sabit keçəcəyi gözlənilir: "Bəzi yerlərdə duman olacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7-9, bölgələrdə isə 6-10, dağlıq ərazilərdə isə 3-6 dərəcə isti təşkil edəcək".

02.01.2018 09:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ