Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Bu il neft qiymətləri 40-60 dollar aralığında qalacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bu il neft qiymətləri 40-60 dollar aralığında qalacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq kredit reytinqi agentliyi Moody's, bu il qlobal neft sənayesində toparlanmanın davam edəcəyini və neft hasilatının artacağını gözləndiyini bildirib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Moody's-in 2018-ci ildə qlobal neft sənayesinin gözlənilən vəziyyətinə dair dərc olunan hesabatında, sektorun ümumi görünüşü və neft qiymətlərilə bağlı proqnozlar öz əksini tapıb.

 

Hesabatda, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və tərəfdaşlarının xam neft istehsalının azaldılması müqaviləsini 2018-in sonuna qədər uzatmalarına baxmayaraq, bu il neft qiymətlərinin 40 ilə 60 dollar arasında qalacağının təxmin edildiyi qeyd olunub.

 

Neft qiymətlərinin sözügedən qiymət aralığı içində olması və ya üzərinə çıxması vəziyyətində, bu il, neft istehsalçı ölkələrin hasilatlarını artıracaqlarının gözlədiyinə yer verilən hesabatda, ABŞ-ın şist nefti hasilatının da yüksəlməyə davam etməsinin nəzərdə tutulduğu qeyd edilib.

 

Hesabatda, Şimali Amerikadakı neft axtarışı və istehsalı şirkətlərinin investisiyalarının keçən il güclü olduğuna diqqət çəkilib, bu il onların neft istehsallarının da artmağa davam edəcəyi vurğulanıb.

 

Neft sahəsinə xidmətlər göstərən şirkətlərinin də bu il toparlanmağa davam edəcəyinin bildirildiyi hesabatda, digər tərəfdən bu şirkətlərin artan işçi qüvvəsi xərcləri və istehlakçıların tələbləri səbəbindən təzyiq altında qalacaqları xəbərdarlığı da edilib.

 

Hesabatda, qlobal neft tələbi ilə bağlı proqnozlara da  yer verilib.

 

Yüngül avtomaşınlar üçün qlobal neft tələbinin artmağa davam etməsinin gözləndiyi bildirilən hesabatda, yüngül vasitələrdən qaynaqlanan neft tələbinin 2030-da, qlobal neft tələbinin də 2040-da ən yüksək səviyyəyə çıxmasının təxmin edildiyi vurğulanıb.

04.01.2018 04:43

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ