Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Şəkər tozu qiymətləri aşağı düşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şəkər tozu qiymətləri aşağı düşüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bir neçə ay bundan öncə pərakəndə ticarət şəbəkələrində satılan şəkər tozunun 1 kiloqramının qiyməti 1,40 manat idisə, hazırda həmin ərzağın kiloqramı 0,95 manata satılır".


Bu barədə Samux Rayon Statistika İdarəsinin rəisi Gündüz Bayramov məlumat verib.


İdarədə hesab edirlər ki, Samux rayonunda becərilən şəkər çuğundurunun istehsalındakı artım ölkə üzrə mağazalarda satılan qənd və şəkər tozunun qiymətində ucuzlaşma yaradıb. 


Gündüz Bayramov bildirib ki, ötən il Samux rayonundakı təsərrüfatlardan 53,4 min ton şəkər çuğunduru istehsal edilib və emal üçün İmişli şəkər zavoduna göndərilib.

 

Ötən il 1194 hektar ərazidən 43,1 min ton şəkər çuğundurunun toplandığını deyən G. Bayramov qeyd edib ki, bu, əvvəlki ilin məhsuldarlığı ilə müqayisədə 10,3 min ton çoxdur.

 

Qeyd edək ki, Azərbaycanda şəkər tozunun istehsalçısı "Azərsun Holdinq"dir. Ötən il holdinqə məxsus İmişli Şəkər Zavodunda istehsal kəskin aşağı düşümüş, şəkər tozu bazarının xeyli hissəsi idxalçı şirkətlərin nəzarətinə keçmişdir. İdxal şəkər tozu yerli şəkər tozu ilə təxminən eyni qiymətə satılırdı. 

 

"Marja.az"ın müxbirinin verdiyi məlumata görə, bu səhər "Bazarstore"larda şəkər tozunun 1 kiloqramı 0,99 qəpiyə satılır. "Bazarstore" mağazalar şəbəkəsi şəkər tozu istehsalçısı olan "Azərsun Holdinq"ə məxsusdur.

 

5 kiloqramlıq qablaşdırmada satılan "Azərşəkər" markalı şəkər tozunun qiyməti isə 5.79 manatdan 5.24 manata düşüb.

 

Azərbaycanın iri qida məhsulları idxalçısı "Veysəloğlu Qrupu"na daxil olan "Araz" supermarketlərində isə şəkər tozunun kiloqramı 96 qəpikdən təklif olunur. "Araz" supermarketlərində satılan şəkər tozu idxal məhsulu olaraq bilinir. Beləliklə, şəkər tozu "Araz"larda  "Bazarstore"lardan ucuz satılır.

 

Azərbaycana şəkər tozu daha çox Ukrayna və Rusiyadan idxal olunur.

04.01.2018 07:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ