Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

OPEC hasilat həcmini sabit qalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC hasilat həcmini sabit qalıb

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv dövlətlərin neft hasilatının azaldılması ilə bağlı razılaşmasına uyğun olaraq 2017-ci ilin dekabr ayında “qara qızıl” istehsalı sabit qalıb.   

 

“Bloomberg”in verdiyi xəbərə görə, dekabr ayında OPEC-ə üzv olan ölkələr 32,47 mln. barel neft hasil edib. Agentlik analitiklər və neft şirkətləri arasında keçirdiyi sorğudan, həmçinin tankerlərin hərəkəti barədə məlumatların təhlilindən sonra bu nəticəyə gəlib.

 

Belə ki, Liviya boru kəmərində baş vermiş partlayışdan sonra gündəlik olaraq hasilatı 30 min barel azaldaraq 970 min barelə endirib. Amma bu, Nigeriyada hasilatın artması ilə kompensasiya edilib. Qeyd edək ki, hər iki ölkə ötən il hasilat səviyyəsinin azaldılmasından azad edilib. Hazırda bu ölkələrin də OPEC razılaşmasına uyğun olaraq gündəlik hasilatı 2,8 mln. barel səviyyəsində saxlayacağı gözlənilir.

 

Qeyd edək ki, OPEC-in ən iri üzvü olan Səudiyyə Ərəbistanında hasilat 20 min ton azalaraq gündəlik olaraq 9,95 mln. ton olub. İqtisadi tənəzzülün və ABŞ-ın sanksiyaları fonunda istehsalın azalmasından zərər görən Venesuela hasilatın həcmini 50 min barel azaldaraq gündəlik olaraq 1,81 mln. barelə endirib.

 

Bununla da, OPEC-in bütün 12 üzvü özləri bütün digər aylarda olduğu kimi, dekabr ayında da öhdəliklərini 121% yerinə yetiriblər. 

 

© APA

04.01.2018 11:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ