Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan “ProGen” və “Bayer”dən pambıq toxumu alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan “ProGen” və “Bayer”dən pambıq toxumu alıb

Cari ildə respublika üzrə 22 rayonda 135 min hektardan artıq pambıq əkilib.

 

Reklam_3_11

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, əkinlər əsasən “MKT İK” MMC ,“CTS Aqro” MMC, Şamo” MMC “Goran Pambıq” ASC və “Kənd Təsərrüfatı” MMC-lər ilə birgə əməkdaşlıq barədə müqavilə bağlamış istehsalçılar tərəfindən aparılıb.

 

İstehsalçıların yerli şəraitə uyğun, tezyetişən və ortayetişən məhsuldar və yüksək lif keyfiyyət göstəricilərinə malik pambıq sortlarının toxumlarına olan tələbatlarının ödənilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Türkiyənin toxumçuluq üzrə qabaqcıl “ProGen” şirkətindən 420 ton, Almaniyanın “Bayer” şirkətindən isə 162 ton lifsiz pambıq toxumu alınıb.

 

Azərbaycanda pambıqçılıq üzrə fəaliyyət göstərən yeni yaradılmış “Kənd Təsərrüfatı” MMC tərəfindən tədarük olunacaq xam pambığın qəbulu və ilkin emalının təşkili üçün Kürdəmir, Füzuli, Neftçala, İmişli, Ağcabədi, Ağsu, Biləsuvar, Yevlax, Salyan və Sabirabad rayonlarında qəbul məntəqələri yaradılıb, Saatlı rayonunun Əhmədbəyli kəndində fəaliyyəti dayandırılmış pambıq emalı zavodunda təmir bərpa işləri görülüb, avadanlıqlarla təmin olunaraq yenidən pambıq qəbuluna və emalına başlayıb.

 

Bundan əlavə, Ucar rayonunda illik emal gücü 40 min ton olan pambıq emalı zavodunun tikintisinə və avadanlıqlar gətirilməsinə başlanılıb.

 

Məlumata görə, artıq məhsul yığımı yekunlaşmaq üzrədir. 4 yanvar tarixinə olan operativ məlumata əsasən 207 min tona yaxın pambıq yığılıb ki, bu da ötən illə müqayisədə 2,4 dəfə çoxdur.

 

Pambıqçılığın inkişafının daha da sürətləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyində İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin rəhbərlərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan “MKT İK” MMC və “CTS AQRO” MMC-nin nümayəndələri ilə görüş keçirilib. Görüşdə cari ildə görülən işlər, pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, eləcə də qarşıya qoyulan hədəflərə nail olunması üçün 2018-ci ildə həyata keçirilməsi vacib olan məsələlər müzakirə edilib. Həmçinin pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 1-ci, 3-cü, 4-cü növlər üçün 100 manat, 2-ci növ üçün isə 110 manat artırılaraq, 2018-ci ildə müvafiq olaraq 600, 540, 500 və 580 manat müəyyənləşdirilməsi barədə razılıq əldə edilib.

04.01.2018 15:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ