Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“DəmirBank” barədə daha bir yeni xəbər

iç səhifə xəbər başlığı altı (mobil)_31
“DəmirBank” barədə daha bir yeni xəbər

Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi tərəfindən “DəmirBank” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 27 dekabr 2017-ci il tarixli qərar qəbul edilib. Eyni qərarla “DəmirBank” ASC-yə Əmanətlərin Sığortalanması Fondu 27 dekabr 2017-ci il tarixindən ləğvedici təyin edilib. Bu barədə "Marja"ya Fonddan bidirilib.

 

Reklam_3_11

Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

 

-kreditorun adı və ünvanı;

-tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

-tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

 

Kreditorlardan xahiş olunur ki, bu elanın dərc edildiyi gündən 60 (altmış) gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun aşağıdakı ünvanlarına müraciət etsinlər:

 

Bakı şəhəri, Bülbül prospekti, 40, 4-cü mərtəbə, AZ1014.

Bakı şəhəri, Babək prospekti, 16, AZ1025.


Əlavə məlumatlar ücün əlaqə nömrələri (+99412) 447-77-44;

596-65-91.

Qaynar xətt – 941.

 


QEYD: Eyni zamanda, əvvəlki elanda qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların “Kapitalbank” ASC vasitəsi ilə ödənilməsi barədə məlumat verilib. Həmin ödənişlərin vaxtı və yeri (müvafiq filiallar) barədə yaxın zamanda əlavə məlumat (elan) veriləcək.

04.01.2018 16:14

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ