Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın cənubunda iki böyük otel inşa edilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın cənubunda iki böyük otel inşa edilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Builki qış mövsümünün əvvəli Lənkəranda qış turizminə maraq göstərənlərin az olmağını üzə çıxardı.

 

Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov bildirib ki, əvvəllər Lənkəranda 4-5 ay turizm mövsümü sayılırdısa, indi ilin bütün aylarında burada turist görmək olur. 2017-ci ildə rayona 30 minə yaxın turist gəlib. Bunun 20 faizini xarici turistlər təşkil edir. Noyabr ayında turistlərin sayı 1600, dekabr ayında isə 2000-dən çox olub.

 

Turistlərin sayının çoxluğu nəzərə alınaraq, Lənkəranda iki böyük otel inşa edilir. Bu otel komplekslərindən biri məhz dağlıq ərazidə yerləşir. Burada qış turizmi üçün hər cür şərait yaradılır. 2018-ci ildə bu istirahət mərkəzləri turistlərin ixtiyarına veriləcək.

 

 

Ötən ilin dekabr ayında Lənkəranda keçirilən “Çay, çəltik və sitrus festivalı” da rayona turist axınına səbəb olub.

 

Ələt-Astara beynəlxalq avtomobil yolu, Lənkəran Beynəlxalq Aeroportunda aviareyslərin sayının artırılması rayonda qış turizmini inkişaf etdirmək üçün real imkanlar açır.

 

Bu il ölkəmizin cənub bölgəsi “Cənub rekreasiya zonası” elan olunacaq. Bu isə öz növbəsində bölgədə turizm sektorunun inkişafına böyük töhfə verəcək. Artıq bu məqsədlə ekstremal və qış turizmi üçün əlverişli ərazilər də müəyyən edilib.

 

Lənkəran bir tərəfdən Talış dağları, digər tərəfdən isə Xəzər dənizi ilə əhatə olunub.

 

© Azərtac

05.01.2018 06:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ