TANAP layihəsi üzrə işlərin 60 faizi tamamlanıb
Azərbaycan təbii qazının Türkiyəyə və bu ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə işlərin 60 faizi tamamlanıb.
Bu sözləri “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib. O qeyd edib ki, TANAP-a investisiya qoyuluşunun 2020-ci ildə bitməsini gözləyirik. İlk qaz 2018-ci ilin iyununda Türkiyəyə çatdırılacaq. 11,7 milyard dollara həyata keçirilməsi planlaşdırılan layihənin kapital xərcləri 8,5 milyard dollara düşüb və 3,2 milyard dollara qənaət edilib.
“Türk axını” layihəsi bizə təsir etməz. Azərbaycanın təbii qaz satışı məsələsində çətinliyi yoxdur. 2046-cı ilə qədər müqavilələrimiz var. Türkiyə təbii qazın qiyməti ilə bağlı tədarükçü ölkələrlə bəzi danışıqlar aparır. Hələ ki, bizimlə belə bir danışıq olmayıb. Amma belə bir istək olarsa əlbəttə biz də danışıqlar apararıq. İsrail qazı ilə bağlı da bir narahatlığımız yoxdur. Hazırda danışıqlar aparılır. Türkiyə razılıq verərsə, TANAP-la İsrail qazı da nəql edilə bilər”, - deyə Z.Qəhrəmanov bildirib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
15 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
15 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
15 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
16 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 16 saat əvvəl