Mərkəzi Bank hədəflədiyi məbləği cəlb edə bilmədi
05.01.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 57.5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,69% təşkil etmişdir.
Qeyd edək ki, Mərkəzi Bank 200 milyon manat cəlb edəcəyini açıqlamışdı. Beləliklə, Mərkəzi Bank hədəflədiyi məbləği cəlb edə bilməyib.
Xəbər verdiyimiz kimi, 29.12.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 355.7 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,89% təşkil etmişdi. Mərkəzi Bank 300 milyon manat cəlb etməyi hədəfləmişdi.
NOTLARA DA TƏLƏB AZ OLMUŞDU
04 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 250 milyon manat həcmində, 27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 98.8882 AZN (14.99%) və 98.9984 AZN (13.48%) olan 9 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 80,062,300 AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.8882 AZN (14.99%), orta ölçülmüş qiyməti 98.9222 AZN (14.52%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 80,062,300 AZN təşkil etmişdir.
Tələbin az olması 2018-ci ilin yeni başlaması ilə bağlı ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
18 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında görüş keçirilib
- 13 saat əvvəl
-
15 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 16 saat əvvəl
-
16 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
16 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
16 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
17 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır