"Sahibkarlar əmin ola bilərlər, xəstəlik təhlükəsi mövcud deyil"
Quşçuluqla məşğul olan azərbaycanlı sahibkarlar ölkədəki stabil epizootik vəziyyətdən əmin ola bilərlər.
Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının direktoru Füzuli Quliyev deyib.
Onun sözlərinə görə, dövlət xidməti tərəfindən aparılan tədbirlərə əsasən tam əminliklə demək olar ki, Azərbaycanda epizootik vəziyyət stabildir və infeksion xəstəlik təhlükəsi mövcud deyil: "Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əsas məqsədi epizootik plana əsasən ölkədə infeksion xəstəliklərə qarşı profilaktika tədbirlərinin keçirilməsidir. Eyni zamanda xidmət müalicə tədbirləri həyata keçirir".
Laboratoriya direktoru əlavə edib ki, bu il dövlət xidməti ölkədə quş qripi infeksiyasının olub-olmaması ilə bağlı bir sıra monitorinqlər keçirib: "2017-ci ildə mövsümi tələblərə uyğun olaraq dörd monitorinq keçirmişik. Monitorinqlər nəticəsində 7 655 ev quşundan qan nümunələri götürülüb. Bundan başqa, vəhşi quşlar üzərində təhlillər aparılıb. Nəticələr göstərib ki, Azərbaycanda quş qripi mövcud deyil. Bu isə o deməkdir ki, quşçuluqla məşğul olan sahibkarlar ölkədəki stabil epizootik vəziyyətdən əmin ola bilərlər".
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
4 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
4 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
16 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 16 saat əvvəl