Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bankdan "pul avadanlıqları" tapşırığı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankdan "pul avadanlıqları" tapşırığı

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ölkədə nağd pul tədavülünün effektiv təşkili, dövriyyənin yüksək keyfiyyətli pul nişanları ilə təmin olunması və saxtalaşdırmaya qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar banklara və poçt rabitəsinin milli operatoruna müvafiq tapşırıqlar verilmişdir.

 

"Marja" Mərkəzi Banka istinadən xəbər verir ki, tədavüldə olan pulların keyfiyyətinin qorunması, pul nişanlarının saxtalaşdırılması hallarının qarşısının alınması məqsədilə banklar tərəfindən istismar olunan nağd pul avadanlıqlarının, o cümlədən bankomatların (cash-in), pulsayan maşınların, emal sistemlərinin və nağd ödəniş terminallarının milli pul nişanlarının mühafizə elementlərinə və yararlılıq səviyyəsinə uyğun tam testləşdirilməsi tələb olunmuşdur.

 

Eyni zamanda, banklara pul nişanlarının emalına qarşı tələbləri gücləndirmək, müvafiq tələblərə və keyfiyyət parametrlərinə cavab verən pulları təkrar tədavülə buraxmaq tapşırılmışdır. Müvafiq tələblərə uyğun emal sistemlərinə malik olmayan banklardan yalnız Mərkəzi Bank tərəfindən formalaşdırılmış pul nişanlarının dövriyyəyə buraxılması tələb edilmişdir.

 

Eləcə də, Mərkəzi Bank tərəfindən tam avtomatlaşmış Nağd pulun İdarəetmə İnformasiya Sisteminin tətbiqi ilə əlaqədar 01 fevral 2018-ci il tarixindən etibarən ekspertizanın aparılması məqsədilə Mərkəzi Banka göndərilən pul nişanlarının bu sistemin Veb-portal modulunda şübhəli pul kimi qeydə alındıqdan sonra inkassator vasitəsilə (müvafiq pul nişanını təqdim edən şəxsin imzalanmış ərizəsinin bir nüsxəsi əlavə edilməklə) təqdim edilməsi tələb edilmişdir.

08.01.2018 07:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ