Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Mərkəzi Bank hərracın nəticəsini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank hərracın nəticəsini açıqladı

08.01.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 300.3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,79% təşkil etmişdir.

 

Reklam_3_11

Qeyd edək ki, Mərkəzi Bank 300 milyon manat cəlb edəcəyini açıqlamışdı və bu məbləği də cəlb edib. 

 

Müddət 14 gün, faiz dərəcəsi 10,01%-14,99% aralığında müəyyən olunmuşdu. Tələb təklifə yaxın olduğundan orta ölçülmüş faizin yüksək olması diqqəti çəkir.

 

Xəbər verdiyimiz kimi, 05.01.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 57.5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,69% təşkil etmişdir. Mərkəzi Bank 200 milyon manat cəlb edəcəyini açıqlamış, lakin hədəflədiyi məbləği cəlb edə bilməmişdi.

 

29.12.2017-ci il tarixində də Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 355.7 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,89% təşkil etmişdi. Mərkəzi Bank 300 milyon manat cəlb etməyi hədəfləmişdi.

08.01.2018 08:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ