Əmtəə nişanları barədə təlim kursları təşkil ediləcək
“Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsi dövlət başçısının qeyri-neft sektorunun inkişafına dair verdiyi fərman və sərəncamları rəhbər tutaraq, ixracyönümlü məhsulların “Made in Azerbaijan” brendi ilə təşviqinə yardım edilməsi, əmtəə nişanları və coğrafi göstəricilərə dair hüquqların ölkə daxilində, habelə xarici ölkələrdə beynəlxalq sistemlər vasitəsilə qorunması sahəsində biliklərin artırılması məqsədilə “Əmtəə nişanları və coğrafi göstəricilər anlayışı, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq sistemlərə inteqrasiya” mövzusunda təlim kursları təşkil edir.
Kurslarda sahibkarlıq fəaliyyəti göstərən subyektlərə əmtəə nişanları və coğrafi göstəricilər sahəsində hüquqların Azərbaycan Respublikasının normativ hüquqi aktları, habelə beynəlxalq normalar əsasında əldə edilməsi və qorunmasının qayda və şərtləri barədə ətraflı məlumatlar veriləcək.
Kursların 5 iş günü müddətində keçirilməsi planlaşdırılıb. Təlim kurslarının mühazirəçiləri arasında Ümumdunya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT), həmçinin xarici patent təşkilatlarının ekspertlərinin iştirakı nəzərdə tutulur.
Təlimlərin yekununda tədris olunacaq proqram çərçivəsində iştirakçılara sertifikatlar təqdim olunacaq.
Kurslarda iştirak etmək istəyən şəxslər 10 yanvar 2018-ci il tarixindən 10 fevral 2018-ci il tarixinə kimi həftənin I - V günləri Patent və Əmtəə Nişanları Mərkəzinə (AZ 1009, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi-53) müraciət edə bilərlər.
Ətraflı məlumat almaq üçün E-mail: [email protected]; ofis: (012) 594 62 07; mob: (050) 273 58 89 nömrələri vasitəsilə əlaqə saxlamaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
-
7 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
8 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
8 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
9 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 9 saat əvvəl