Kredit bürolarına nəzarət qaydaları təsdiqlənib

Azərbaycanda kredit bürosu yaratmaq üçün nizamnamə kapitalının minimum məbləği 2 mln. manat müəyyən edilib.

 

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının təsdiq etdiyi və artıq qüvvədə olan “Kredit bürolarının fəaliyyətinin tənzimlənməsi və nəzarəti qaydaları”nda bildirilir.

 

Qaydalarda həmçinin deyilir ki, məcburi ləğv edilmiş və yaxud müflis elan olunmuş hüquqi şəxsdə bu barədə qərarın qəbul edildiyi tarixdən əvvəl az 1 il həmin hüquqi şəxsin idarəetmə orqanlarının üzvü və yaxud baş mühasibi işləmiş şəxslər 2 il müddətində, eləcə də əmək funksiyalarını kobud şəkildə pozduğuna görə hər hansı hüquqi şəxsin idarəetmə orqanında tutduğu vəzifədən qanunla müəyyən olunmuş qaydada azad edilmiş şəxslər, Palatanın nəzarət subyekti olan kredit təşkilatlarının rəhbər şəxsləri kredit bürosunun icra orqanının rəhbəri (üzvləri) ola bilməz.

 

Kredit bürosunun icra orqanının rəhbəri (üzvləri) ali təhsilin və ən azı 3 (üç) illik idarəetmə təcrübəsinin olması, vətəndaş qüsursuzluğu tələblərinə uyğun gəlməsi kimi tələblərə cavab verməlidir. Bu tələblər kredit bürosunun icra orqanının səlahiyyətlərini əldə etmiş hüquqi şəxsin (kənar idarəçiyə) icra orqanının rəhbərinə də aiddir. 

 

© Report

8 Yanvar 2018 , 12:37   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin