Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Avro 1.1886 dollaradək ucuzlaşa bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro 1.1886 dollaradək ucuzlaşa bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

EUR: Eniş dalğası 1.1886$-a kimi güclənə bilər. 

 

Dünya valyuta birjalarında avronun qiyməti cari həftəyə 0.8%-lik ucuzlaşma ilə başlayıb. Hal-hazırda 1.1970$ ətrafında ticarət edilən EUR/USD məzənnəsi 1.1956 - 1.1926$ arası dəhlizi qırmağa çalışacaqdır. Bu baş verərsə, eniş dalğası 1.1878$-a kimi sürətlənə bilər.

 

USD/TRY 3.80TL-ə kimi bahalaşa bilər. 

 

Türkiyədə isə USD/TRY məzənnəsi 3.74TL-nin üzərində ticarət edilir. Qiymət 3.76TL-ə kimi bahalaşarsa və üzərində möhkəmlənərsə, 3.80TL-ə kimi də bahalaşacağı proqnozlaşdırılır.

 

Neft qiymətlərində növbəti artım dalğası. 

 

Enerji bazarlarında neft qiymətlərində artım dalğası yenidən güclənib. Belə ki, 68.01$-a kimi dəyər qazanan Avropanın Brent neftinin bir barel qiyməti 68.60$-a kimi də dəyər qazanmaqla, üzərində möhkəmlənərsə, artım dinamikası 70.06$-a kimi də güclənə bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ investisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

09.01.2018 07:05

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ