Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Banklara borcu olan şəxs qaçmaq istədi - FOTO

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklara borcu olan şəxs qaçmaq istədi - FOTO
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları ölkədən çıxışına qadağa qoyulmuş şəxsi saxlayıb.

 

DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, bu il yanvarın 5-də Azərbaycan vətəndaşı, 25.06.1980-cı il təvəllüdlü İsgəndərov İlqar Rəftar oğlu Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiyaya keçməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.

 

Aparılmış ilkin araşdırma nəticəsində saxlanılan şəxsin müxtəlif banklara borcu olduğuna görə məhkəmə qərarı ilə ölkədən çıxışının qadağan olunması və bu səbəbdən onun ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərməsi müəyyənləşdirilib.

 

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

09.01.2018 11:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ