Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ən varlı 5 adamın sərvətləri açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ən varlı 5 adamın sərvətləri açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nüfuzlu “Bloomberg” nəşri dünyanın ən zəngin adamlarının yeni reytinqini açıqlayıb. 

 

Reklam_3_11

ABŞ-ın “Amazon” şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı olub. С.Bezosun sərvəti 2018-ci ilin əvvəlinə 105,1 milyard dollar təşkil edir. O həmçinin “Blue Origin” özəl aerokosmik agentliyi və “The Washington Post” nəşriyyat evinin sahibidir.

 

Qeyd edək ki, yanvarın 9-na olan məlumata görə, “Amazon.com”un bir səhminin dəyəri 1246 dollar təşkil edib. Şirkətin 79 mln. səhmi Ceff Bezosa məxsusdur.

 

İkinci yerdə “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts (93,3 milyard dollar), daha bir amerikalı, sərmayəçi Uorren Baffet isə 87,2 mlrd. dollarla reytinqin üçüncü pilləsində qərarlaşıb.

 

Dünyanın ən zəngin dördüncü adamı “Facebook”un yaradıcısı Mark Tsukerberq  (77,5 mlrd. dollar) hesab edilib.

 

Beşliyi 76 mlrd. dollar sərvətə malik olan “Zara” brendinin sahibi Amansio Orteqa tamamlayır.

 

© APA

10.01.2018 05:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ