Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Banklarda faiz əməliyyatlarının zərərliliyi azalır - ARAŞDIRMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklarda faiz əməliyyatlarının zərərliliyi azalır - ARAŞDIRMA

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan bankları 1 milyard 731,8 milyon manat məbləğində gəlir əldə etdikləri faiz əməliyyatlarına 796,1 milyon manat və yaxud gəlirin 46%-i qədər xərc çəkiblər.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, bu nisbət yanvar-oktyabr aylarının yekununda 46,8%, yanvar-sentyabr aylarının yekununda 47,9%, yanvar-avqust aylarının yekununda isə 49,1% təşkil edib. Başqa sözlə, bankların faiz əməliyyatlarının zərərliliyi azalmaqdadır.

 

Ötən il sözügedən göstəricinin ən yüksək həddi yanvar ayının yekununda qeydə alınıb. Həmin ay Azərbaycan bankları faiz əməliyyatlarından əldə etdikləri 179,8 milyon manat gəlirin əvəzində 91 milyon manat (50,6%) xərc çəkiblər. Növbəti aylarda xərc-gəlir nisbəti gah azalıb, gah da artıb və nəhayət ki, son 3 ayın - sentyabr, oktyabr və noyabr aylarının yekununda azalan xətt üzrə davam edib.

 

Hesabat dövrü

Faiz gəlirləri

(milyon manatla)

Faiz xərcləri

(milyon manatla)

Zərərlilik

Yanvar

179,8

91,0

50,6%

Yanvar-fevral

348,8

170,6

48,9%

Yanvar-mart

512,9

253,7

49,5%

Yanvar-aprel

675,0

332,4

49,2%

Yanvar-may

839,7

407,5

48,5%

Yanvar-iyun

1 007,3

482,7

47,9%

Yanvar-iyul

1 145,6

559,1

48,8%

Yanvar-avqust

1 292,9

634,2

49,1%

Yanvar-sentyabr

1 437,3

687,8

47,9%

Yanvar-oktyabr

1 582,3

740,8

46,8%

Yanvar-noyabr

1 731,8

796,1

46,0%

 

© Renkinq

10.01.2018 06:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ