Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Yanvarın 11-də gözlənilən hava şəraiti açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yanvarın 11-də gözlənilən hava şəraiti açıqlandı

Bakı və Abşeron yarımadasında yanvarın 11-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək,  gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq .

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 1-3, gündüz 6-9, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında yanvarın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

10.01.2018 10:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ