Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Kəlbəcər və Zəngilanda filiz yataqlarının hasilat sahələrində genişlənmələr aşkar edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kəlbəcər və Zəngilanda filiz yataqlarının hasilat sahələrində genişlənmələr aşkar edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“2009-cu ildə təsdiq edilən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verilib”.

 

Bunu bu gün Azərbaycan prezidenti  İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  “Azərkosmos” ASC-nin Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, bu da öz növbəsində, xarici dövlətlərin peyklərindən asılılığı aradan qaldırıb və “Azerspace-1” ölkənin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrilib.

 

““Azerspace-1” peyki ilə yanaşı, “Azersky” da suverenliyimizin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir. 2015-ci ildən etibarən “Azersky” peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir, həmçinin işğal olunmuş ərazilərimizdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır. Bundan başqa, ötən il Kəlbəcər və Zəngilan rayonları ərazisində yerləşən filiz yataqlarının kosmik monitorinqi həyata keçirilib və hasilat sahələrində baş vermiş genişlənmələr aşkar edilib”, -deyə R.Nəbiyev vurğulayıb. 

11.01.2018 05:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ