Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-ın xam neft ehtiyatları və istehsalı azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft ehtiyatları və istehsalı azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 ABŞ-ın kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 4,9 milyon barrel azalıb.


 
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi  (EIA) ölkədəki kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 4,9 milyon barrel (1,2 faiz) azalaraq 419,5 milyon barrelə gerilədiyini açıqlayıb.


 
Bazar gözləntisi ehtiyatların 3,9 milyon barrel azalması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 7,4 milyon barrel azalma qeyd etmişdi.


 
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə dəyişməyərək 663,7 milyon barreldə sabit qalıb.


 
 ABŞ-ın həftəlik benzin ehtiyatları isə 4,1 milyon barel (1,8 faiz) artaraq 237,3 milyon barelə yüksəlib.


 
 Benzin ehtiyatlarına dair bazar gözləntisi 2,6 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 4,8 milyon barrel qalxmışdı.


 
 Xam neft hasilatı azalıb


 
Bu dövrdə ölkənin xam neft istehsalı da əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 290 min barel azalaraq 9,49 milyon barelə düşüb.


 
Ölkənin xam neft ixracı da sözügedən həftədə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 460 min barrel azalma ilə 1,01 milyon barrelə, xam neft idxalı da gündəlik orta hesabla 308 min barrel azalma ilə 7,66 milyon barrelə enib.


 ABŞ-ın xam neft ehtiyatları və istehsalındakı geriləmənin ardından qlobal bazarda neftin qiymətlərində yüksəliş davam edib.
 

London Brent növü neftin barrel qiyməti 69,16 dollara, ABŞ-ın Qərbi Texas tipli xam neftin barrel qiyməti də 63,45 dollara qədər yüksəlib.

11.01.2018 06:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ