Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

ABŞ, neft qiyməti proqnozlarını 3 dollar qaldırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ, neft qiyməti proqnozlarını 3 dollar qaldırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bu ilə olan neft qiymətləri proqnozlarını qaldırdığını bildirib.
 

"Marja" xəbər verir ki, EIA-nın "Yanvar 2018 Enerji Mənzərəsi" hesabatında, Brent tipli xam neftin qiymətinin bu il orta hesabla 60 dollar səviyyəsində olmasının gözlənildiyi qeyd olunub.
 

Reklam_3_11

Hesabatda, ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftinin də orta hesabla qiymətinin bu il 56 dollar səviyyəsində olmasının nəzərdə tutulduğu qeyd edilib.
 

EIA-nın dekabrında hesabatında, bu il Brent tipli neftin barrel qiyməti 57 dollar, WTI növü neftin də 53 dollar olmasının proqnoz edildiyi bildirilmişdi. Beləliklə, hər iki neft növünün 2018 üçün orta hesabla barel qiymət proqnozu 3 dollar yuxarı qaldırılmışdır.
 

Hesabatda həmçinin, gələn il Brent tipli neftin orta hesabla 61 dollar, WTI növü neftin də orta hesabla 57 dollar olmasının gözləndiyi məlumatına yer verilib.
 

ABŞ-ın neft hasilat proqnozları
 

EIA, ABŞ-ın bu ilə dair xam neft istehsal proqnozunu da gündəlik orta hesabla 300 min barel yuxarı qaldırdığını bildirib.
 

Ölkənin builki xam neft hasilatının gündəlik orta hesabla 10,3 milyon barrel olmasının gözlənildiyi qeyd edilib.
 

EIA-nın dekabr ayı hesabatında ABŞ-ın xam neft hasilatının bu il gündəlik orta hesabla 10 milyon barrel olmasının proqnoz edildiyi bildirilmişdi.
 

Yanvar ayı hesabatında, ölkənin xam neft hasilatının 2019-da gündəlik orta hesabla 10,8 milyon barrel olmasının, Noyabr 2019-da da gündəlik orta hesabla 11 milyon bareli keçərək çıxaraq rekord qırmasının nəzərdə tutulduğu bildirilib.

11.01.2018 06:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ