Daha bir bank 2 illik zərərdən sonra mənfəətə çıxdı
“GunayBank” ASC 2017-ci ili 4 milyon 100 min manat xalis mənfəətlə başa vurub.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “GunayBank”ın faiz gəlirləri 6 milyon 915 min manat, qeyri-faiz gəlirləri isə 8 milyon 502 min manat təşkil edib.
Xərclər çıxıldıqdan sonar Bankın 7 milyon 304 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 3 milyon 204 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb.
Qeyd edək ki, “GünayBank” 2015-ci ili 4 milyon 586 min manat, 2016-cı ili isə 4 milyon б97 min manat zərər ilə başa vurmuşdu.
2016-cı ildə Bank 5 milyon 705 min manat faiz, 2 milyon 746 min manat qeyri-faiz gəliri əldə etmişdi. Lakin ehtiyatlara böyük məbləğdə ayırmaya görə Bank ili zərər ilə başa vurmuşdu.
31 Dekabr 2017-ci il tarixində “GünayBank” 192 209 cəmi aktivlərə, 131 milyon 931 min manat cəmi öhdəliklərə və 60 milyon 278 min manat cəmi kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Direktor, müavini və şöbə müdiri cinayət başında yaxalanıblar
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Unibank “Yaşıl layihələr”in dəstəklənməsi istiqamətində əməkdaşlığa başlayıb
-
8 saat əvvəl
“Valyuta bazarında kəskin tələb artımı yoxdur” - MƏRKƏZİ BANKIN SƏDRİ
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Əsas məqsədimiz əhalini əmanətlərini daha uzun müddətə yerləşdirilməsini təşviq etməkdir"
- 10 saat əvvəl
- 10 saat əvvəl