“Nikoil Bank”ın zərəri 55 dəfəyə yaxın azalıb
“Nikoil Bank” ASC 2017-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” rüblük hesabatlara istinadən xəbər verir ki, ötən il Bankın faiz gəlirləri 66 milyon 682 min manat, qeyri-faiz gəlirləri 3 milyon 66 min manat olmaqla, cəmi gəlirləri 69 milyon 748 min manat təşkil edib.
Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 28 milyon 503 min manat əməliyyat mənfəəti qalıb. Bank, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 31 milyon 198 min manat ayırdığından ötən ili 2 milyon 708 min manat zərər ilə başa vurub.
Qeyd edək ki, 2016-cı ildə “Nikoil Bank”ın faiz gəlirləri 87 milyon 222 min manat, qeyri-faiz gəlirləri 20 milyon 946 min manat (cəmi 108 milyon 168 min manat), xərclər çıxıldıqdan sonra əməliyyat mənfəəti 49 milyon 979 min manat təşkil etmişdi. Bank ehtiyatlara 198 milyon 518 min manat ayırdığından 2016-cı ili 148 milyon 538 min manat zərər ilə başa vurmuşdu. Beləliklə, “Nikoil Bank”da pis gediş kəskin səngiyib, yaxşılaşma tempi davam edərsə bu il Bank mənfəətə çıxa bilər.
Tutulmalardan sonra “Nikoil Bank” məcmu kapitalı 95 milyon 597 min manat təşkil edir ki, bu da minimum tələbdən təxminən 2 dəfə çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Direktor, müavini və şöbə müdiri cinayət başında yaxalanıblar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Unibank “Yaşıl layihələr”in dəstəklənməsi istiqamətində əməkdaşlığa başlayıb
-
4 saat əvvəl
“Valyuta bazarında kəskin tələb artımı yoxdur” - MƏRKƏZİ BANKIN SƏDRİ
- 4 saat əvvəl
-
6 saat əvvəl
"Əsas məqsədimiz əhalini əmanətlərini daha uzun müddətə yerləşdirilməsini təşviq etməkdir"
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər