Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dövlət, xidmətlərin ixracına da təşviq ödəyəcək - QAYDALAR DƏYİŞDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət, xidmətlərin ixracına da təşviq ödəyəcək  - QAYDALAR DƏYİŞDİ

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası” dəyişdirilib.

 

Reklam_3_11

Dəyişikliyə görə, Azərbaycan ərazisinə alıcı missiyalara da təşviq ödəniləcəkdir. Eyni zamanda “sertifikat və patent almasına” sözləri beynəlxalq sertifikat sözlərilkə əvəz edilir.

 

Qaydalar üzrə Əlavə 1-ə əlavə edilən cümləyə görə, beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak istisna olmaqla, digər dəstək tədbirlərinin həyata keçirilməsi xərcləri ilə bağlı nəzərdə tutulmuş vəsait həmin dəstək tədbirlərində iştirak edən ixracatçılara və ya xarici alıcılara ödənilmir.

 

Əlavənin 1.5-ci bənd aşağıdakı redaksiyada verilir:

 

- Bu Qaydada (4.4-cü və 4.10-cu bəndləri istisna olmaqla) nəzərdə tutulmuş dəstək tədbirlərində iştirak edəcək ixracatçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada təşkil edilən müsabiqə əsasında seçilir. Bundan əvvəl ixracatçılar İqtisadiyyat Nazirliyi tərəfindən keçirilən müsabiqə əsasında seçilirdi. Müsabiqənin təşkili və keçirilmə qaydasını da Nazirlik müəyyən edirdir.

 

Digər bir dəyişikliyə görə, ixracatçı dedikdə mallar ilə bərabər xidmətləri də ixrac edən şəxslər başa düşüləcəkdir. İndiyədək mallar ixrac edən şəxslər ixracatçı hesab olunurdu.

 

İXRAC MİSSİYALARININ SAYI VƏ MÜDDƏTİ ARTIRILIR

 

Yeni əlavəyə görə, alıcı missiyası – xarici ölkələrə məhsulların idxalını və ya distribütorluğunu həyata keçirən şəxsin Azərbaycan bazarından qeyri-neft məhsullarını alması üçün təşkil edilən fəaliyyətdir.

 

Hazırkı qaydaya görə, hər ixrac missiyasının müddəti 4 (dörd) gündən və hər ixrac missiyasında iştirak edən ixracatçıların sayı 20 (iyirmi) nəfərdən artıq ola bilməz. Hər ixrac missiyasında ixracatçı bir nümayəndə ilə təmsil edilə bilər. Dəyişikliyə görə, “4 (dörd)” sözləri “6 (altı)” sözləri ilə, “20 (iyirmi)” sözləri “30 (otuz)” sözləri ilə əvəz edilir.

 

Hazırkı Qaydaya əsasən təşkil edilən ixrac missiyasının sayı təqvim ili ərzində 10-dan (ondan) çox ola bilməz. Dəyişiklik ilə ixrac missiyasının sayı 25-ə qaldırılır.

 

Yeniliyə görə, ixrac missiyasında iştirak edən ixracatçıların xarici ölkəyə səfəri ilə bağlı təşkilati işləri (viza, mehmanxana, beynəlxalq hava nəqliyyatı və ölkədaxili nəqliyyat (taksi istisna olmaqla), tərcümə xidmətləri, görüş yerlərinin və avadanlığın icarəsi) və onlarla bağlı xərcləri Nazirlik təmin edir. Hazırda isə, ixrac missiyasında iştirak edən ixracatçıların xarici ölkəyə səfəri ilə bağlı təşkilati işlər (mehmanxana, nəqliyyat (taksi istisna olmaqla), tərcümə xidmətləri, görüş yerlərinin və avadanlıqların icarəsi) Nazirlik tərəfindən təmin edilir.

 

“Əlavə 1”ə aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilir:

 

“2-1. Alıcı missiyalarının təşkili

 

2-1.1. Azərbaycan Respublikasının iqtisadi və ticarət əlaqələri, qeyri-neft məhsullarının ixrac potensialı, habelə ixracatçılardan daxil olmuş müraciətlər nəzərə alınmaqla, alıcı missiyalarının tarixini və iştirak edəcək xarici şəxsləri Nazirlik müəyyən edir və bu barədə məlumatı özünün rəsmi internet saytında yerləşdirir.

 

2-1.2. Hər alıcı missiyasının müddəti 6 (altı) gündən və hər alıcı missiyasında iştirak edən alıcıların sayı 10 (on) nəfərdən artıq ola bilməz. Hər alıcı missiyasında alıcı yalnız bir nümayəndə ilə təmsil edilə bilər.

 

2-1.3. Bu Qaydaya əsasən təşkil edilən alıcı missiyalarının sayı təqvim ili ərzində 20-dən (iyirmidən) çox ola bilməz.

 

2-1.4. Alıcı missiyasında iştirak edən xarici şəxslərin Azərbaycana səfəri ilə bağlı təşkilati işləri (mehmanxana, beynəlxalq hava nəqliyyatı və ölkədaxili nəqliyyat (taksi istisna olmaqla), tərcümə xidmətləri, görüş yerlərinin və avadanlığın icarəsi) və onlarla bağlı xərcləri Nazirlik təmin edir.

 

2-1.5. Alıcı missiyasında iştirak edəcək xarici şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara uyğun olaraq müəyyən edilir.

 

BAZAR ARAŞDIRMASINA DƏSTƏK MƏBLƏĞİ ARTIRILIR

 

3.3-cü bənd aşağıdakı redaksiyada verilir:

 

- Bazar araşdırması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirliyin seçdiyi ixtisaslaşmış yerli, yaxud xarici hüquqi və ya fiziki şəxslərlə bağlanılan satınalma müqaviləsi əsasında həyata keçirilir.

 

Dəyişikliyə görə, hər bir bazar araşdırmasına görə ödənilən dəstək məbləği 20 000 manatdan deyil, 30 000 manat artıq ola bilməz.

 

Hər bir bazar araşdırmasına görə ödənilən dəstək məbləği 20 000 (iyirmi min) manatdan artıq ola bilməz.

 

3.5-ci bənd isə aşağıdakı redaksiyada verilir: 

 

- Bazar araşdırmasının aparılması barədə Nazirliyin rəsmi internet saytında ümumi məlumat yerləşdirilir, həmin araşdırmanın nəticələri sifariş vermiş ixracatçıya və Azərbaycan Respublikasının qeyri-neft məhsullarının digər ixracatçılarına əvəzsiz olaraq təqdim edilir

 

“Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsinə xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda və ya mağazalar şəbəklərində, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında “Made in Azerbaijan” rəflərinin təşkili də daxildir.

 

Qaydaya uyğun olaraq beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirakla bağlı ixracatçılara ödənilən dəstək məbləğinə həmin sərgi və ya yarmarkanın keçirildiyi məkanda yerin icarəsinə, stendin hazırlanması, dizaynı və quraşdırılmasına, nümayiş etdiriləcək məhsulların daşınmasına çəkilən xərclər daxildir. 

 

Qaydaya əsasən beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirak edən ixracatçılara ödənilən dəstək məbləği bu Qaydanın 4.5-ci bəndində nəzərdə tutulan işlərə görə çəkilən xərclərin 30 (otuz) faizini (5 (beş) min manatdan artıq olmamaqla) təşkil edir. Dəyişikliyə görə, “30 (otuz)” sözləri “50 (əlli)” sözləri ilə, “5 (beş)” sözləri “10 (on)” sözləri ilə əvəz edilir.

 

Qeyd olunur ki, dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən “Made in Azerbaijan” brendinin təşviqi onların xarici ölkələrdə yerləşən nümayəndəlik və filialları vasitəsilə həyata keçirilir.

 

SERTİFİKATIN ALINMASINA 60 MİN MANATADƏK DƏSTƏK

 

"Əlavə 1"də 5-ci hissə aşağıdakı redaksiyada verilir:

 

5. Beynəlxalq sertifikatın alınmasına dəstək

 

5.1. Beynəlxalq sertifikatın alınmasına dəstək tədbirini müvafiq beynəlxalq sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracatçılarının sifarişi əsasında və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirliyin seçdiyi ixtisaslaşmış hüquqi və ya fiziki şəxslər həyata keçirirlər. Hər il fevralın 1-dək beynəlxalq sertifikatın alınmasına dəstəklə bağlı ixracatçılardan sifarişlərin qəbuluna dair elan verilir və müraciət edilməsi üçün ən azı 60 (altmış) günlük müddət müəyyən olunur.

 

5.2. Bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulmuş dəstək tədbirindən bir ixracatçı eyni təqvim ili ərzində yalnız bir beynəlxalq sertifikatın alınması üçün faydalana bilər.

 

5.3. Bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulmuş dəstək tədbiri çərçivəsində alınmasına dəstək verilən beynəlxalq sertifikatların siyahısını Nazirlik müəyyən edir və özünün rəsmi internet saytında yerləşdirir.

 

5.4. Hər bir ixracatçı üçün beynəlxalq sertifikatın alınmasına görə ödənilən dəstək məbləği çəkilən xərclərin 50 (əlli) faizini (60 000 (altmış min) manatdan artıq olmamaqla) təşkil edir.

 

5.5. Bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulmuş dəstək tədbiri çərçivəsində beynəlxalq sertifikat əldə etmiş ixracatçı sertifikatla əhatə olunan məhsulu (məhsulları) sertifikatı əldə etdiyi tarixdən etibarən ixrac etməli və bu barədə məlumatları və sənədləri (Azərbaycan Respublikasından ixrac və digər dövlətə idxal gömrük bəyannamələrinin surətlərini) müvafiq ixrac əməliyyatlarının aparıldığı tarixdən etibarən 30 (otuz) gündən gec olmayaraq Nazirliyə təqdim etməlidir. İxracatçı beynəlxalq sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracına dair məlumatları və sənədləri Nazirliyə təqdim etmədikdə və ya sertifikatın əldə olunduğu tarixdən 1 (bir) il ərzində sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracını həyata keçirmədikdə, həmin sertifikatın əldə edilməsinə görə ödənilmiş dəstək məbləğini geri qaytarmalıdır.”;

 

2.22. 6.1-ci bənd aşağıdakı redaksiyada verilir:

 

“6.1. Tədqiqat-inkişaf proqramları ixracatçıların sifarişi əsasında və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirliyin seçdiyi ixtisaslaşmış yerli, yaxud xarici hüquqi və ya fiziki şəxslərlə bağlanılan satınalma müqaviləsi əsasında həyata keçirilir.

 

Daha ətraflı: http://www.president.az/articles/26718

11.01.2018 16:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ