“Mətanət A”da Kommersiya satınalma şöbəsinə müdir tələb olunur

“Mətanət A” şirkəti Kommersiya satınalma şöbəsinə müdir vakansiyanı elan edir

 

İşin təsviri:

 

-Xarici və daxili bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;

-Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;

-İstehsalçı fabrikalardan qiymətlərin alınması, maliyyətinin çıxarılması;

-Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;

-Alınan malların keyfiyyətinə nəzarət.

 

İş şəraiti:

 

-İş saatı: 09-00-dan 18-00-dək;

-İstirahət: Şənbə və bazar günü.

 

Əmək haqqı:

 

-Razılaşma yolu ilə:

 

Tələblər:

-Təhsil: Ali (bakalavr);

-Yaş həddi: 30-50;

-Kompüter biliyi: MS Office  (Word, Excel);

-Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;

-5 il iş təcrübəsi.

Şəxsi keyfiyyətləri:

-Satınalma və təchizat sahəsində təcrübə (Texniki biliyi olan, tikinti malları, alətlər, və hissələrin,  elektrik və elektronik malların və onların  ehtiyat hissələrinin alışı təcrübəsi olan,  beynəlxalq ticarəti bilənlərə üstünlük verilir);

-Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;

-Satınalma sənədlərini hazırlama qabiliyyəti;

-Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;

-Gömrüklə işləmə təcrübəsi;

-Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;

-Xarici və daxili ezamiyyətlərə getmə imkanı;

-Sistemli idarə etmə bacarığı;

-Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;

-Mükəmməl strateji planlama bacarıqları;

-Çətin məsələlər zamanı özünü idarə etmə və davamlı inkişaf yollarını axtarma qabiliyyəti.

 

Qeyd

     - İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

    - Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

    - CV-ləri [email protected] ünvanına göndərin.

12 Yanvar 2018, 11:34   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin