Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Vergilər büdcə proqnozunu 91% icra edib - BÜDCƏYƏ DAİR OPERATİV MƏLUMAT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilər büdcə proqnozunu 91% icra edib - BÜDCƏYƏ DAİR OPERATİV MƏLUMAT
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən il büdcə 98% icra olunub


 

Reklam_3_11

2017-ci il üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumat açıqlanıb.

 

Maliyyə Nazirliyindən “Marja”ya daxil olmuş məlumata görə, 2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16 milyard 446,9 milyon manat,  xərcləri 17 milyard 588,3 milyon manat olmuşdur.

 

Gəlirlər

 

2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16 milyard 766,0 milyon manat proqnoza qarşı 16 milyard 446,9 milyon manat və ya 98,1 faiz icra olunmuşdur.

 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi xətti ilə daxilomalar 6 milyard 972,0 milyon manat və ya proqnoz 91,2 faiz icra olunmuşdur. Həmin vəsaitin 74,5 faizi və ya 5 milyard 192,7 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

 

2017-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 2 milyard 608,8 milyon manat vəsait daxil olmuş və proqnoz 115,9 faiz icra olunmuşdur.

 

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan məbləğdə və ya 6 milyard 100,0  milyon manat  vəsait transfert edilmişdir.

 

2017-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 366,1 milyon manat, Azərbaycan Respublikasının Mərkəzi Bankının mənfəətindən ayırmalar hesabına 250,0 milyon manat, sair daxilolmalardan 150,0 milyon manat vəsait dövlət büdcəsinə daxil olmuşdur.

 

2017-ci ilin oktyabr-dekabr ayları üzrə  dövlət büdcəsinin mədaxili 4 milyard 401,8 milyon manat icra olunmuşdur.

 

Xərclər

 

2017-ci ildə dövlət büdcəsinin xərcləri 98,0 faiz və ya 17 milyard 588,3 milyon manat  icra edilmişdir.

 

2017-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 4 milyard 804,6 milyon manat icra olunmuşdur. 

 

2017-ci il ərzində dövlət büdcəsi xərclərinin 10 milyard 921,1 milyon manatı və ya 62,1 faizi cari xərclərə, 5 milyard 153,5 milyon manatı və ya 29,3 faizi əsaslı xərclərə, 1 milyard 513,7 milyon manatı və ya 8,6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə  yönəldilmişdir.

 

Dövlət büdcəsi xərclərinin 38,0 faizi və ya 6 milyard 690,8 milyon manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2016-cı illə müqayisədə 453,7 mln. manat və ya 7,3 faiz çoxdur.

 

Dövlət büdcəsinin kəsiri

 

Dövlət büdcəsinin kəsiri 1 milyard 141,4 mln. manat və ya təsdiq olunan yuxarı həddən 33,6 mln. manat az olmuşdur.

 

Kəsirin maliyyələşdirilməsi 384,6 mln. manatı dövlət istiqraz vərəqələrinin satışından, 106,5 mln. manatı özəlləşdirmədən daxil olan vəsaitdən və 650,3 mln. manatı 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilmişdir.

 

İcmal büdcə

 

2017-ci ilin icmal büdcəsinin gəlirləri 23 milyard 951,6 mln. manat, xərcləri  isə 24 milyard 982,6 mln. manat icra olunmuşdur. İcmal büdcənin kəsiri ümumi daxili məhsulun 1,5 faizini və ya 1 milyard 31,0 milyon manat təşkil etmişdir.

13.01.2018 05:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ