Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Zaqatala tütününün ixracından gəlir açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Zaqatala tütününün ixracından gəlir açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ötən il Zaqatala rayonundan tütün ixrac edilməsi nəticəsində ölkəmizə 12 milyon dollar və ya 19 milyon 931 min manat vəsait daxil olub. Tütün ixracından əldə olunan gəlir əvvəlki illə müqayisədə 67 faiz artıb. Ötən ilki mövsümdə zaqatalalı fermerlər 891 ton, yəni əvvəlki ildəkindən 363 ton çox quru tütün istehsal ediblər.

 

Reklam_3_11

Zaqatala rayonundakı “Dağlar” kəndli-fermer təsərrüfatının rəhbəri Telman Həsrətov iki ildir ki, tütünçülüklə məşğul olur. O, 2016-cı ildə ilk dəfə 65 hektar sahədə tütün əkib.Fermer 2017-ci ildə tütün əkini sahələrini daha da genişləndirərək 110 hektara çatdırıb.

 

Telman Həsrətov bildirib ki, ötənilki mövsümdə qəbul məntəqəsinə min tondan çox yaşıl tütün kütləsi və 30 ton quru tütün təhvil verib. Mövsüm ərzində onun təsərrüfatında 50 nəfərədək işçi çalışıb.  

15.01.2018 04:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ