Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Made in Azerbaijan” loqosu bəyənilmədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Made in Azerbaijan” loqosu bəyənilmədi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Made in Azerbaijan” loqosu çoxları tərəfindən bəyənilməyib. Sosial şəbəkələrdə aparılan müzakirələrə nəzər saldıqda məlum olur ki, loqo daha da kreativ ola bilərdi.

 

"Marja"nın məlumatına görə, yazılan şərhlərdə qeyd olunur ki, “Made in Azerbaijan” daha çox qeyri-neft məhsullarına işarə etməli idi. Hazırlanmış loqo isə neft-qazı və SOCAR-ı xatırladır. Hər sahədə alov və buta simvolundan istifadə edilməsi də doğru deyil. 


İsasazdə Səbuhi: “Hər yerdə ancaq alov. Bu nəyin kontentidir? Klinikalarda alov, Avroviziyada alov, Made in Azerbaijan alov… Hər şey çərçivədə, çeynənilmiş formatda”.


Elşən Məhərov: “Növbəti bir başdan sovdu iş, növbəti bir “yola ver” çalışma və növbəti bir kiminsə öhdəsinə buraxılmış tapşırıq. Hər şeyimiz ya alovdur, ya buta”.  

 

Rəsul Həsənov: "99% məsələ işi görəndə yox, onu sifariş verəndə olur. Loqonu seçmək qərarını dizaynın əhəmiyyətini dərk etməyən dövlət məmurları verir. Qısacası, qapısında qızılı hərflərlə "DİREKTOR" yazılan adamlar. Halbuki, bu işə mütəxəssis təyin olunmalıdır ki, sırf reklam, dizayn, pr tərəfini aparsın. Hər şey bu qədər sadədir". 


Aynur Ağayeva: "Həddindən artıq bəsid və görünüşsüz loqodur. Azərbaycanın zənginlikləri bu loqoda əks etdirilib?!"

 

Rüfət Ağasızadə: "Azərbaycan deyəndə buta nişanı təsvir olunur. Heç də belə deyil, o qədər milli naxışlarımız var. Məncə yeni naxışlardan istifadə edilsəydi daha yaxşı olardı". 


Şəhriyar Həbilov: "Heç olmasa rəngbərəng olardı. Sırf qırmızı rəngin daha yaxşı olduğunu düşünmürəm". 


 
Famil Əlməmmədov: "Elə bil bu məmləkətin dizaynerləri yoxdur. Bu nədir? Düzü gözləntilərimdən çox aşağı bir loqodur".

 

Loqonu az sayda olsa da bəyənənlər var.

 

Faiq Əliyev: "Nar çiçəyi, odlar yurdu, Günəş və ənənələr əks olunub. Mən tənqid olunacaq bir loqo görmürəm. "Trade mark" ağırlığında işdir. Uğurludur".

 

Qeyd edək ki, loqo “Leo Burnett” şirkəti tərəfindən hazırlanıb. Şirkətin nümayəndəsi Abbas Fətullayev bildirib ki, “Made in Azərbaijan” loqosu özündə Azərbaycanın zəngin təbiətini və təbii sərvətlərini, müasirliyi, ölkəmizin yüksək mədəni səviyyəsini, eyni zamanda xalq sənətkarlığının atributlarını əks etdirir.

15.01.2018 06:11

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ