Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Avtomobillərin yarı qiymətə sığortalanmasına başlanılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobillərin yarı qiymətə sığortalanmasına başlanılıb

2018-ci ilin yanvar ayında “AtaSığorta” ASC öz müştərilərinə yeni məhsul təqdim edib.

 

“Sərfəli Sığorta” kasko sığorta məhsulu müştərilərə öz avtomobillərini yarı qiymətə sığortalamaq və nəticədə vəsaitlərinə qənaət etmək imkanı verir.

 

“AtaHolding” şirkətlər qrupundan "Marja"ya daxil olmuş məlumata görə, sığorta müqaviləsi bağlanan zaman Sığortalı sığorta haqqının birinci yarısını ödəyir. İkinci yarısı isə yalnız sığorta müddəti ərzində baş vermiş sığorta hadisəsi üzrə sığorta ödənişi həyata keçirildiyi təqdirdə Sığortalı tərəfindən ödənilir. Lakin sığorta müddəti ərzində sığorta hadisəsi baş vermədiyi təqdirdə ikinci yarısı Sığortalı tərəfindən ödənilmir.

 

Məsələn: dəyəri 10 000 AZN olan avtomobili 100 AZN azadolma ilə sığortalamaq üçün müştəri 400 AZN sığorta haqqı ödəməlidirsə, cəmi 200 AZN (50%-i) ödəyir. İl ərzində sığorta hadisəsi baş vermədiyi halda sığorta haqqının ikinci hissəsini ödəmək lazım olmayacaq.

 

Sığorta təminatına aşağıdakı risklər daxildir:

-avtonəqliyyat hadisəsi;

-atılmış və ya düşmüş əşya;

-üçüncü şəxsin qanunazidd hərəkəti;

-oğurluq, quldurluq, qaçırma və soyğunçuluq;

-yanğın və partlayış;

-təbii fəlakət;

-heyvanların hərəkəti.

 

Məhsulun xüsusi şərtləri:

-Yalnız fiziki şəxslərə təqdim olunur;

-Avtomobili qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxslər sığorta olunan hesab edilir;

-İstehsalı ili 2000 ildən yuxarı olan və bazar dəyəri 10 000 AZN-dən 60 000 AZN-dək olan avtomobillər üzrə təqdim olunur.

 

 “AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir.  Şirkət 35 milyon manata yaxın aktivlərə malik olmaqla 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.

15.01.2018 06:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ