Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

12 şirkətdən birgə müraciət - "SİFARİŞLƏRİ ÇATDIRIRIQ"

iç səhifə xəbər başlığı altı (mobil)_31
12 şirkətdən birgə müraciət - "SİFARİŞLƏRİ ÇATDIRIRIQ"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Xarici ölkələrdən Azərbaycana gətirilən yüklərin Azərbaycanın gömrük sərhədini keçə bilməməsi ilə bağlı bəzi mətbuat orqanlarında yayılan məlumatlar tamamilə yanlış və əsassızdır”.

 

Bu, xarici ölkələrdən Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan 12 əsas şirkətin kütləvi informasiya vasitələrinə və müştərilərinə ünvanladığı müraciətdə qeyd olunub.

 

Sənəddə bildirilib ki, xarici ölkələrdən Azərbaycana yüklərin çatdırılmasında heç bir problem yoxdur və sifarişlər qısa zaman ərzində müştərilərə çatdırılır.

 

“Məlumat üçün bildiririk ki, bizim təmsil etdiyimiz şirkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tam fəaliyyət göstərir və sürətli poçt xidmətini yerinə yetirir.

 

 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən fəaliyyətimizə heç bir məhdudiyyət qoyulmayıb və tam şəffaf şəkildə yüklərimizi gömrük sərhədindən keçiririk. Dövlət Gömrük Komitəsinin işindən, fəaliyyətindən razıyıq və heç bir iradımız yoxdur”, - deyə müraciətdə vurğulanıb.

 

Qeyd edək ki, müraciəti “DHL Dərhal” MMC-nin baş direktoru Şaiq Mansurov, “TNT Azəri Ekspress” MMC-nin baş direktoru Şaiq Qəribzadə, “FEDEX ARS Ekspres” MMC-nin baş direktoru Sevda Xanməmmədova, “UPS UPS AZ” MMC-nin baş direktoru Nazim Xudaverdiyev, “NASİLLA” MMC-nin baş direktoru Elnarə Qasımova, “ASE Asya” şirkətinin baş direktoru Rəşad Abbasov, “ARAMEX Peqasus” MMC-nin baş direktoru Aydın Məmmədov, “CAMES” MMC-nin baş direktoru Sübhan Cəfərov, “QUTE” MMC-nin baş direktoru Qətibə Hətəmova, “BERKUT” MMC-nin baş direktoru Şüküfə Abilova, “MOVER” MMC-nin icraçı direktoru Rüfət İbrahimov və “BARAMİ” MMC-nin baş direktoru İlham Mustafayev imzalayıb.

 

Xatırladaq ki, sosial şəbəkə və bir sıra mətbuat orqanlarında bəzi çatdırılma şirkətlərinin müştərilərinə müraciət edərək, sifariş olunan mallarının Azərbaycanın gömrük sərhədini keçə bilməməsi barədə məlumatlar yayılıb.

15.01.2018 11:27

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ