Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Hedc fondları neftin bahalaşacağı gözləntisi ilə mövqelər açırlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hedc fondları neftin bahalaşacağı gözləntisi ilə mövqelər açırlar

Neft qiymətləri, hedc (hedge) fondlarının neftin bahalaşacağı gözləntisi ilə açdıqları mövqe (uzun mövqe) sayını 10 ildən uzun müddətin ən yüksək səviyyəsinə çıxarmaları ilə üç ilin ən yüksək yekunu səviyyəsi yaxınlığında qalır.
 


"Marja" xəbər verir ki, ABŞ Əmtəə Fyuçersləri Komissiyanın Cümə günü açıqladığı məlumatlara görə, pul menecerləri Qərbi Texas neftində (WTI) xalis uzun mövqe sayını artırıblar və mövqelərin sayı 2006-cı ildən bəri ən yüksək səviyyəyə qalxıb. Brent nefti Londonda Bazar ertəsi günü son üç ildə ilk dəfə 70 dolların üzərində bağlanıb.


 
Neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və aralarında Rusiyanın da olduğu tərəfdaşlarının hasilatlarını azaltmaları ilə yüksəlmişdi. Citigroup Inc., Societe Generale SA, və JPMorgan Chase & Co. bazarın yenidən balanslaşması ilə, koalisiyanın müqaviləni Dekabr ayından əvvəl, il ortasında dayandıracağını proqnozlaşdırırlar.
 


Digər tərəfdən ABŞ-da istehsalın yenidən artması ehtimalı yüksəkdir. Bunun səbəbi, neft qiymətlərinin qalxmasıdır.


 
Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 64.53 dollardan, Brent nefti Londonda ICE Futures Europe birjasında 70.06 dollardan alıcı tapıb.

16.01.2018 05:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ