Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakının ada qəsəbəsində yeni yaşayış binaları tikilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakının ada qəsəbəsində yeni yaşayış binaları tikilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 avqust 2017-ci il tarixli sərəncama uyğun olaraq, Pirallahı rayonunda Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinin davam etdirilməsi və qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 29 ədəd yeni çoxmənzilli binaların tikintisi nəzərdə tutulub.

 

Rayon İcra Hakimiyyətindən "Marja"ya daxil olmuş məlumata görə, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yeni yaşayış binalarının tikintisi üçün ayrılmış ərazidə şaquli planlaşdırma aparılmış, 3 ədəd binanın bünövrə çalasının qazılması tamamlanmış, bünövrəsinin betonlama işləri aparılmış və 1-ci binada 1-ci mərtəbənin tikintisinə başlanılmışdır. Hazırda tikinti-quraşdırma işləri davam etdirilir.

 

Həmçinin  RİH-nin inzibati binasında da tikinti işləri davam etdirilir, inzibati binanın fasadının keramoqranit ilə üzlənməsi işləri görülür. Plastik pəncərələrin quraşdırılması işləri tamamlanmış və otaqlarda asma tavanın vurulması işləri aparılır. Kommunikasiya xətlərinin çəkilməsi davam etdirilir. Heydər Əliyev Mərkəzində də tikinti-quraşdırma işləri aparılır. Binanın daxilində  divarların suvanılması işləri görülür.

 

Pirallahı rayonunun eyni adlı qəsəbəsi Xəzər dənizində ada olduğu üçün dörd tərəfdən su ilə əhatə olunmuşdur, sahil boyu uzunluğu 23-40 km-ə qədərdir. 

16.01.2018 07:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ