Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Deutsche Bank": Neftin 70 dollar/barel qiyməti çox yüksək rəqəmdir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Deutsche Bank": Neftin 70 dollar/barel qiyməti çox yüksək rəqəmdir

Son aylarda neft qiymətlərinin dinamikasının yaxşılaşması əsaslandırılmış proses olsa da, 70 dollar/barel həddindən artıq yüksək rəqəmdir. Bunu "Deutsche Bank"ın analitikləri bildiriblər.

 

Reklam_3_11

Bankın analitikləri neft qiymətləri üzrə proqnozlarını yüksəltsələr də, qiymət artımının davam edəcəyini gözləməməyi tövsiyə edirlər. Bankın proqnozlarına əsasən, OECD ölkələrində neft ehtiyatlarının normallaşması neft bazarında ümumi mühiti yaxşılaşdırmaqla bərabər, OPEC+ ölkələrinin neft hasilatının azaldılması anlaşmasının dayandırılması barədə müzakirələrə başlamasına səbəb olub. OPEC+ anlaşmasından çıxış neft qiymətlərinin ucuzlaşması üçün ABŞ-ın şist neft hasilatını sürətləndirməsi xəbərlərindən daha tutarlı olacağı qeyd olunur.

 

Bankın ekspertlərinin fikrincə, OPEC+ anlaşması üçün 2018-ci il son tarix olacaq. Həmçinin, 2018-ci ildə "Deutsche Bank" analitikləri Afrika ölkələri tərəfindən neft tələbinin artacağını və Venesuelada hasilatın kəskin azalacağını bildiriblər. Bank 2018-si və 2019-cu illər üçün "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozunu 55 dollardan 62 dollara, WTI üçün isə 2018-ci il üçün 51 dollardan 56 dollara qaldırıb.

 

© Report

16.01.2018 09:00

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ