Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Bank sektorunun zəif oyunçuları bazarı tərk edəcəklər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank sektorunun zəif oyunçuları bazarı tərk edəcəklər"

 

“Azərbaycanda bank sektorunun konsolidasiyası 2018-ci ildə də davam edəcək”.

Reklam_3_11

 

Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyindən bildirilib.

 

Agentliyin mütəxəssisləri qeyd edir ki, problemli banklarla bağlı əsas məsələ kapital çatışmazlığıdır. “Manatın devalvasiyasından sonra problemli bankların aktivlərinin keyfiyyəti pisləşib. Hal-hazırda bağlanmaq təhlükəsi ilə üzləşən banklar səhmdarlar və daha güclü bazar iştirakçıları tərəfindən kapital inyeksiyası həyata keçirilməsinə baxmayaraq minimum kapital adekvatlığı əmsalına cavab verməyən banklardır. Buna görə də sektorun zəif oyunçuları 2018-ci ildə bazarı tərk edəcək”, - deyə "Moody's"dən bildirilib.

 

Agentlikdən verilən  açıqlamada o da qeyd olunub ki, hal-hazırda Azərbaycanın bank sektoru ilə bağlı proqnoz neqativdir: “Bu proqnoz onu göstərir ki, mövcud şəraitdə banklar ödəmə qabiliyyəti riskləri ilə üzləşməkdə davam edəcək. Neft qiymətlərinin yüksəlməsi tədricən iqtisadi inkişafa və manatın məzənnəsinin sabitləşməsinə dəstək olub. Buna baxmayaraq, bankların milli valyutada likvidlik problemi davam edir. Bundan başqa, problemli kreditlərinin həcmi də yüksək olaraq qalır”.

 

© APA

 

16.01.2018 11:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ