Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Ərəblər “ekonom” hotellərlə maraqlanıblar"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ərəblər “ekonom” hotellərlə maraqlanıblar"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ərəb investorları Azərbaycanda hotel biznesinə, xüsusilə “ekonom” seqmentində hotellərə maraq göstərir.

 

Reklam_3_11

Bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

 

Onun sözlərinə görə, bununla belə hələlik Azərbaycanda hotellərin satın alınması barədə faktlar olmayıb: “Bizdə hansısa Azərbaycan hotelinin ərəb investorlar tərəfindən alınması barədə məlumat yoxdur, amma onların marağı var. Ötən il Səudiyyə Ərəbistanından investorlar bizə müraciət ediblər. Onlar “ekonom” kateqoriyalı – iki və üçulduzlu hotellərlə maraqlanıblar. Amma bizə məlum olmayan səbəblərdən razılıq əldə olunmayıb”.

 

Assosiasiya rəhbəri qeyd edib ki, hazırda Azərbaycanda ərəb investorlara məxsus hotellər qeydiyyatda mövcud deyil:

 

“Hazırda Assosiasiya turistlərin yerləşdirilməsi ilə məşğul olan obyektlərin reyestrinin tərtib olunması ilə məşğul olur. Biz artıq Bakı üzrə işimizi başa çatdırmışıq, indi regionlarda işimizi davam etdiririk. Demək istəyirəm ki, indiyədək ərəblərə məxsus və ya onların idarə etdiyi hotellər qarşımıza çıxmayıb”.

 

S.Dübəndi həmçinin bildirib ki, hazırda ərəb investisiyasının hotel biznesinə cəlb olunmasına zərurət yoxdur.

 

© Trend

17.01.2018 05:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ