Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Dəmirbank"ın səhmdarı təəssüflənir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dəmirbank"ın səhmdarı təəssüflənir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ləğvetmə prosesində olan “Dəmirbank”  ASC-nin beynəlxalq səhmdarlarından biri bankın lisenziyasının ləğv olunmasına münasibət bildirib.

 

Xarici KİV-lər xəbər verir ki, “Hollandiya İnkişaf Maliyyə Şirkəti”nin (FMO) baş kommunikasiya məsləhətçisi Paul Hartoqsfeld “Dəmirbank”ın bağlanmasına təəssüfləndiyini bildirib.

 

“Təəssüflər olsun ki, “Dəmirbank” belə bir vəziyyətə gəlib çıxdı və buna görə də Azərbaycanda müştərilərinə xidmət göstərə bilməyəcək”, - deyə şirkətin sözçüsü qeyd edib.

 

Qeyd edək ki, FMO lisenziyası ləğv olunan “Dəmirbank”da 10%-lik səhm paketinə sahib olmaqla ikinci ən böyük beynəlxalq investor idi. Bankın digər beynəlxalq və ən böyük paya sahib investoru isə 25%-lik səhm paketi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) olub.

 

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən “DəmirBank”ın lisenziyası dekabrın 23-dən etibarən ləğv edilib.

 

© APA

17.01.2018 08:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ